Güneydə Babək qalası qurultayının keçirilməməsi üçün məhdudiyyətlər yaradılıb

Güney azərbaycanlıların Babək Qalası Qurultayına qatılmaması üçün hökumət tərəfindən maneələr yaradılır.
Yurd.info-ya göndərilən sənədə əsasən, Şərqi Azərbaycan əyalətinin Mədəni İrs, Əl İşləri və Turizm Baş İdarəsi turizm müəssisələrinə göndərdiyi məktubda Keləybərə-Babək qalasına tur təşkil etməyi qadağan edib.
Göstərişə əsasən, turizm müəssisələri 29 iyun – 9 iyul tarixləri arasında Babək qalasına səfərlər təşkil etməməli, daha əvvəl planlaşdırılan səfərləri ləğv etməlidirlər.
Qeyd edək ki, Azərbaycanın xalq qəhrəmanı Babək Xürrəminin anım günü münasibətilə hər il iyunun sonunda Bəzz qalasına ənənəvi yürüş keçirilir.
Son günlər bəzi güneyli fəallar Güney Azərbaycanın bəzi şəhərlərində keçiriləcək yürüşə çağırışla bağlı afişaları yayıblar. Afişalarda 1 iyul qurultayın tarixi kimi müəyyənləşdirilib.