Türkiyədə İrana bağlı sui-qəsd qrupunun 8 üzvündən 7-si ədliyyəyə göndərilib

Türkiyədə israillilərə qarşı hücum hazırlığında olduqları iddiası ilə tutulan İran Kəşfiyyatında çalışan 8 nəfərlik qrupdan 7-si ədliyyəyə göndərilib.
Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən 16 iyun Beyoğluda bəzi evlərə və bir otelə edilən basqında İran Kəşfiyyatı adına təxribat əməliyyatlarına hazırlanırkən süçüstü yaxalanan 8 şübhəlinin sorğusu tamamlanıb.
7 şübhəli bu gün səhər sıx təhlükəsizlik tədbirləri altında prokurorluğa sövq edilərkən, sui-qəsd qrupunun əsas simalarından olan 1 şübhəlinin polis bölməsində çarpaz sorğusunun davam etdiyi bildirilib.
Beyoğlu, Beylikdüzü və Büyükçekmecedə polis və xüsusi xidmət bölmələri tərəfindən həyata keçirilən birgə əməliyyatlarda 3 silah, 3 səsboğucu, 2 lazer aparatı, 42 güllə, müxtəlif növ və miqdarda narkotik maddə, 6 saxta pasport, pul, çoxlu sayda rəqəmsal material və təşkilati sənədlər, eləcə də sui-qəsddə istifadə ediləcəyi düşünülən motosiklet ələ keçirilib.