Yeni sorğunun nəticələri: İranlıların sadəcə 17%-i hakimiyyətdəki qrupları dəstəkləyir

 

“Stasis” Məlumatların Təhlili Mərkəzinin apardığı yeni rəy sorğusunun nəticələrinə əsasən, İslam Respublikasının iki siyasi fraksiyasının populyarlığı ən aşağı həddə çatıb.

Sorğuda iştirak edənlərin yalnız 17%-i iki siyasi qrupdan birinə yaxın olduqlarını və onların fikirlərini qəbul etdiklərini bildiriblər.

Sorğunu cavablandıranlardan 9%-i reformistləri, 8%-i isə mühafizəkarları dəstəklədiklərini açıqlayıblar.

 

Sorğunun nəticələri həmçinin göstərir ki, vətəndaşların 64%-i Prezident İbrahim Rəisinin fəaliyyətindən narazıdır.

Sorğunu cavablandıranların 46%-i isə ötən il keçirilən prezident seçkilərində seçici fəallığının kəskin aşağı düşməsini hakimiyyətə inamsızlıqla əlaqələndirib.

 

 

“Stasis” Mərkəzinin apardığı rəy sorğusu 12-16 iyun tarixləri arasında telefon vasitəsilə həyata keçirilib və sorğuya ölkə üzrə şəhər və kənd yerlərində yaşayan 18 yaşdan yuxarı 1197 vətəndaş qatılıb.

İlgili xəbərlər