Ayhan, Aylin, Selin Güney Azərbaycanda ən sevilən adlar arasında

Şərqi Azərbaycan əyalətinin Qeydiyyat İdarəsinin rəsmisi keçən günəş ilində doğulan uşaqlara daha çox verilən adları açıqlayıb.

Onun sözlərinə görə, ötən günəş ilində (mart 21-də bitib) dünyaya gələn oğlan uşaqlarına daha çox Əli, Əmir Əli, Ayhan, Əbülfəz və Əlihan adları qoyulub.

Qız uşaqlarına isə ən çox Zəhra, Fatimə, Aylin, Nəfəs və Selin adları verilib.

Son aylarda cənubi azərbaycanlıların övladlarına ana dillərində ad seçmək uğrundakı mədəni mübarizəsi davam edir.

Daha əvvəl, Şərqi Azərbaycan əyalətinin Qeydiyyat İdarəsinin sədri bəzi türkcə adlara icazə verilməməsi məsələsinə münasibət bildirməyə məcbur olmuşdu. Əhəd Cudi əyalətdə qeydiyyatdan keçmiş adların 40 faizinin türkcə(azərbaycanca) olduğunu iddia edərək valideynlərin övladlarına seçdiyi adlar sırasında Aytək, Sevda, Sevil, Ayhan, Babək və Arazı misal göstərmişdi.

İlgili xəbərlər