Iran Venesuelaya “Bərəkət” peyvəndi ixrac edib

İran Latın Amerikası ölkələrindən Venesuelaya koronavirusa qarşı 100,000 doza “Bərəkət” peyvəndi göndərib.

Ölkənin hökumət yönümlü media orqanları bu xəbəri yayaraq, rəsmi adı ” COVIran Barekat” olan milli peyvəndin Nikaraqua və Venesuela ölkələrinə ixracını iranlı alimlərin yüksək texnoloji imkan və bacarığı kimi qiymətləndirib.

Bərəkət peyvəndi 2020-ci ilin sonlarından etibarən könüllülər üzərində sınaqdan keçirilməyə başlayıb, 2021-ci ildə isə istifadəyə verilib.

“Şəfa Farmed” şirkətinə məxsus milli peyvənd elmi detallarının açıqlanmadığına görə, eləcə də bəzi mütəxəssislərin onun haqqında mənfi rəylər verdiyinə görə əhali tərəfindən rəğbət qazanmadı.

İran rəsmiləri ölkə rəhbəri Əli Xameneiyə də Bərəkət peyvəndinin vurulduğunu iddia edir.

Əli Xamenei 2021-ci ilin yanvar ayında ABŞ və Britaniyadan koronavirus vaksinlərinin idxalının yasaqlandığını açıqlamışdı. Onun vaksinlə əlaqədar mövqeyi səkkiz ay sonra dəyişdi. O, həmin ilin avqust ayında əlaqədar qurumlardan koronavirus vaksininin istər idxal, istərsə yerli istehsal yolu ilə təmin edilməsi haqda göstəriş verdi.

İlgili xəbərlər