İranda 23 nəfər vəbaya yoluxub

İranda 23 nəfər vəbaya yoluxub.
APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın Səhiyyə Nazirliyi məlumat verib.
Bildirilib ki, onların vəbaya yoluxması təsdiqlənib. Məlumatda deyilib ki, paytaxt Tehranda vəbaya yoluxma halı qeydə alınmayıb.
Nazirlik çirkli su, meyvə və göyərtinin vəbanın geniş yayılmasına səbəb olduğunu və əhalini diqqətli olmağa çağırıb.