İranın xarici işlər naziri nüvə müzakirələri rəhbərini vəzifədən çıxarmaq istəyir

İranın Xarici İşlər Naziri Hüseyn Əmir Əbdullahian Prezident İbrahim Rəisiyə məktub yazaraq Əli Baqeri Kəninin nüvə müzakirələri heyətindən kənarlaşdırılmasını istəyib.

SEPAH-a yaxın “Əmmariyyun” Telegram kanalının verdiyi məlumata əsasən, İranın xarici işlər naziri baş müzakirəçinin fəaliyyətindən narazıdır.

Xəbərə əsasən, Əmir Əbdullahian İranı nüvə müzakirələrində təmsil edən heyətin başına Mehdi Səfəri və ya Məhəmmədrza Ğaebinin gətirilməsini təklif edib.

Əmir Əbdullahian hesab edir ki, hazırkı komanda “danışıqlar prosesini eroziyaya doğru sövq edib və qarşı tərəfdən maksimum imtiyaz almaq, eləcə də dayanıqlı razılığa gəlmək üçün nüvə müzakirələrinə hökumət və parlamentlə koordinasiyalı bir komanda” təyin edilməlidir.

Qeyd edək ki, bu həftə Dohada keçirilən nüvə danışıqlarının sonuncu raundu nəticəsiz sona çatıb.

İlgili xəbərlər