İranlılar hakimiyyətdən fərqli olaraq Rusiyanı deyil, Ukraynanı dəstəkləyir

“Stasis” Məlumatların Təhlili Mərkəzinin apardığı rəy sorğusunun nəticələrinə əsasən, İran əhalisi ölkə hakimiyyətindən fərqli olaraq Ukraynanı haqlı görür.
Sorğuda iştirak edənlərin yalnız 13%-i Rusiyanı haqlı gördüyünü halda, 35%-i Ukrayna tərəfini dəstəkləyir.
Sorğunu cavablandıranlardan 24%-i tərəflərdən heç birini dəstəkləmədiklərini, 29%- isə cavab vermək istəmədiklərini bildirib.
“Stasis” Mərkəzinin apardığı rəy sorğusu 12-16 iyun tarixləri arasında telefon vasitəsilə həyata keçirilib və sorğuya ölkə üzrə şəhər və kənd yerlərində yaşayan 18 yaşdan yuxarı 1197 vətəndaş qatılıb.