Qərbi Azərbaycan ərazisində terrorçu dəstə saxlanılıb

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) Qərbi Azərbaycan əyalətində keçirdiyi əməliyyat nəticəsində silahlı kürd qruplaşmasına zərbə endirdiyini bildirib.

Məlumata əsasən, SEPAH-ın Kəşfiyyat Təşkilatı İran Kürdüstanının Demokratik Partiyasının “əyalətdə bir sıra təşkilat hüceyrələrinə zərbələr endirib”.

Bildirilir ki, “kəşfiyyat əməliyyatı” zamanı 3 nəfər saxlanılıb,  onlardan silah-sursat və təbliğat vasitələri aşkar edilərək götürülüb.

İlgili xəbərlər