ABŞ Rusiya və İranla hərbi əməkdaşlıq etdiklərinə görə 23 Çin şirkətinə sanksiya tətbiq edib

Amerikanın Ticarət Nazirliyi Rusiya və İranla hərbi əməkdaşlıq etdiyi üçün ümumilikdə Çinin 23 şirkətini sanksiya siyahısına daxil edib.

Bu barədə “The Washington Post” qəzeti məlumat verib.

Xəbərdə bildirilir ki, Amerikanın Çinə qarşı yeni sanksiyaları Rusiyanın Ukraynaya hərbi hücumunda Pekin hökumətinin bitərəflik siyasətinin həqiqətə uyğun olmadığını göstərir.

Çin hökuməti yeni qərara reaksiya verərək ABŞ-ı bu ölkəyə qarşı sanksiyaları dayandırmağa çağırıb.

Sanksiyaya məruz qalan Çin şirkətlərinin 12-si İranla əməkdaşlığa görə qara siyahıya daxil edilib.

Bu 12 şirkət saxta yollarla Amerika mənşəli elektron hissələri İrana ixrac edərək bu ölkənin hərbi sahəsinə dəstək olmaqda ittiham olunur.

Amerikanın Ticarət Nazirliyi sözü gedən şirkətləri bu ölkənin milli təhlükəsizliyi və xarici siyasət maraqları ilə ziddiyyət təşkil edən fəaliyyətlərdə günahlandırıb.

Sanksiyaya məruz qalan şirkətlərə Amerika məhsullarının satışı qadağan edilir.

ABŞ-ın Ticarət Nazirliyi həmçinin Litva, Özbəkistan, Vyetnam və Böyük Britaniyada yerləşən bir sıra şirkətləri Rusiya sanksiyalarını pozduqlarına görə qara siyahıya salıb.

İlgili xəbərlər