İran “qeyri-qanuni” əfqan mühacirləri ölkədən çıxarır

İran bu gündən etibarən müvəqqəti yaşayış vəsiqəsi olmayan qeyri-qanuni əcnəbi vətəndaşları müəyyənləşdirərək öz ölkələrinə geri qaytarmağa başlayacaq.

Bunu İranın Daxili İşlər Nazirinin müavini Məcid Mirəhmədi deyib.

Mirəhmədi qanuni sənədləri olmayan əfqan vətəndaşları üçün siyahıyaalma planının iki dəfə uazadılmasını xatırladaraq icazəsiz  əfqan mühacirlərin kimlik təsbiti üçün aidiyyəti dövlət qurumlarına müraciət etmələrini istəyib.

Nazir müavininin sözlərinə görə, bu gündən etibarən qaçaq əcnəbi çalışdıran sahibkarlar 3 ilə 6 ay həbs cəzasına məhkum ediləcək.

Məlumatlara əsasən, İranda hazırda 5 milyon əfqan mühacir yaşamaqdadır.

İlgili xəbərlər