İranda əxlaq polisi kişilərin də geyiminə nəzarət edəcək

Rəzəvi Xorasan əyalətinin rəsmisi bildirib ki, əxlaq polisi kişilərin də geyiminə nəzarət edəcək.

Əyalətdə şəriət qanunlarının tətbiqi və icrasına nəzarət edən “Əmr Be Məruf” qərargahının katibi, Mehdi Rzayi qeyd edib ki, kişilər də Qərb mədəniyyətinin simvollarından, o cümlədən  qalstuk və kəpənək qalstuk və zinət əşyalarından istifadə edə bilməzlər. O, dar və qolu qısa köynək, futbolka, cırıq və yamaqlı şalvarların da qadağan olduğunu bildirib.

Rzayi əlavə edib ki, mülki geyimli məmurlar bütün dövlət idarələrində, şirkətlərdə, klinikalarda və ictimai yerlərdə buna nəzarət edəcək və qayda pozuntularını aidiyyəti qurumlara bildirəcəklər.

Rzayinin açıqlaması, bəzi media qurumları tərəfindən kişilər üçün xüsusi əxlaq polisinin yardadılması kimi dəyərləndirilib.

İlgili xəbərlər