İranda neft-kimya zavodunda yanğın baş verib

İranın İsfahan əyalətinin Qolpayeqan şəhərində yerləşən neft-kimya zavodunun tullantı anbarında yanğın baş verib.

İsfahan Əyalətinin Böhran İdarəetmə Şöbəsinin müdiri Mənsur Şişefuruş, hadisənin dünən axşam saatlarında baş verdiyini bildirərək, hadisədə heç kəsin xəsarət almadığını açıqlayıb.

Hələlik yanğının baş vermə səbəbləri haqda heç bir məlumat yoxdur. Hadisə ilə bağlı araşdırma başladılıb.

İlgili xəbərlər