İranın İslami Mədəniyyət və Əlaqələr Təşkilatına kiberhücum olub-VİDEO

Bu gün səhər saatlarında İranın Mədəniyyət Nazirliyinin İslami Mədəniyyət və Əlaqələr Təşkilatının rəsmi saytı haker hücumuna məruz qalıb.
Hazırda təşkilatın veb səhifəsinə giriş mümkün deyil.
Haker hücumuna görə məsuliyyəti İran xalq Mücahidləri Təşkilatına bağlı “Çevrilişədək Qiyam” adlı haker qrupu öz üzərinə götürüb.
Qrup bildirib ki, təşkilatın 200 mindən çox sənədini ələ keçirib.
Haker qrupunun iddiasına görə, bu sənədlərdən bəzisi məxfidir.
Qrupun açıqlamasında həmçinin qeyd olunur ki, təşkilatın 6 sayt və onlayn sistemini, eləcə də 44 serverini sıradan çıxarıb.
Son aylarda İranın müxtəlif dövlət qurumları və əhəmiyyətli strateji-iqtisadi mərkəzlərinə kiberhücumlar artıb.
Keçən həftə “Yırtıcı Sərçə” adlı haker qrupu İranın üç böyük polad zavodunu hədəf alaraq onlardan birini istehsalı dayandırmağa məcbur etmişdi.
Keçən ayın əvvəlində isə “Çevrilişədək Qiyam” haker qrupu Tehran bələdiyyəsinin 5000-dən çox müşahidə kamerasını, 150 onlayn xidmət saytını sıradan çıxarmışdı. Onların bəzilərinin fəaliyyəti hələ də bərpa edilməyib.