İsfahanda evsiz insanlar tövlələrdə, kərpic zavodlarında yaşayır

İsfahan şəhərinin ətrafında yoxsul insanlar at, inək tövlələrində və kərpic zavodlarında yaşayır.

İranın “Tejaratnews” saytı xəbər verir ki,  təkcə bu tip yaşayış məntəqələrinin birində 150 nəfər yaşamaqdadır.

Məlumata görə, bu məkanların icarəsi üçün 1.5-2 milyon tümən aylıq ödəniş, girov üçün isə 10-15 milyon tümən tələb olunur.

Reportajın hazırlandığı bölgədə həmçinin 50 nəfər kərpic kürəxanasında yaşamaqdadır. Həmin yerlər üçün də 300 min tümən aylıq ödəniş, 1 milyon tümən ilkin girov tələb olunur.

İsfahan, iki milyon 178 min nəfər (1400-cü il) əhali ilə ölkənin üçüncü ən çox nüfusu olan şəhəridir və digər şəhərlər kimi, mənzil böhranı ilə üz-üzədir.

Bir tərəfdən dayanmadan artan inflyasiya, digər tərəfdən isə işsizlik və sabit gəlirin olmaması az təminatlı ailələri belə ağır şəraitdə yaşamağa məcbur edir.

Son məlumata əsasən, İran əhalisinin dörddə biri böyük şəhərlərin ətrafında formalaşan gecəqondu və qeyri-standart yaşayış bölgələrində yaşayır.

İnək tövləsi

Kərpic kürəxanası

İlgili xəbərlər