Təbriz məhkəməsi türkcə ada şəxsiyyət vəsiqəsinin verilməməsi üzrə şikayəti geri çevirib

Təbrizdə yaşayan güney azərbaycanlı sənətçi Yunis Mahmudi Xaqan adını qoyduğu oğluna şəxsiyyət vəsiqəsinin verilməməsi ilə bağlı ikinci dəfə paylaşım edib.

Mahmudinin şikayətinə baxan Təbrizin 39-cu Hüquq Məhkəməsi Qeydiyyat İdarəsinin bu ada şəxsiyyət vəsiqəsi verməməsinə haqq qazandırıb.
“Çox götür-qoy elədim nə yazım, ancaq bir yerə çatmadım. Axi bir ad sizi niyə bu qədər sıxır? Mən bu qonuya savaş adı qoya bilmirəm, ancaq görünür ki, belə istənilir. Bilmirəm siz məni yorursuz, yoxsa özünüzü?”, – deyə, Yunis Mahmudi sosial media paylaşımında yazıb.

İlgili xəbərlər