Tehran Səudiyyə Ərəbistanı və Misirlə münasibətlərin normallaşdırılmasını istəyir

İranın Xarici İşlər Naziri Hüseyn Əmir Əbdullahian Suriyaya səfəri zamanı ölkəsinin Səudiyyə Ərəbistanı və Misirlə münasibətlərin normallaşmasını istədiyini vurğulayıb.

Əmir Əbdullahian deyib ki, Tehran Səudiyyə Ərəbistanında səfirliyinin yenidən açılmasına müsbət baxır.

O, həmçinin Misirin İslam dünyasında mühüm ölkə olduğunu və Tehran ilə Qahirə arasında əlaqələrin inkişaf etdirilməsinin hər iki ölkənin xeyrinə olduğunu bildirib.

Əmir Əbdullahian İran, Misir və İordaniya arasında aparılan danışıqlara dair dərc olunan xəbərlə bağlı bildirib ki, indiyədək Tehran və Qahirə arasında birbaşa danışıqlar aparılmayıb, ancaq İran Tehran və Qahirə arasında münasibətlərin inkişafının tərəfdarıdır.

İlgili xəbərlər