Fransa vətəndaşlarına xəbərdarlıq edib: İrana getməyin

Fransa Xarici İşlər Nazirliyi əsassız həbs və ədalətsiz mühakimə riski səbəbindən ölkə vətəndaşlarına, eləcə də ikili vətəndaşlara İrana səfər etməmələri ilə bağlı xəbərdarlıq edib.

Nazirlik xəbərdarlığında İranda olan Fransa vətəndaşlarından mümkün qədər diqqətli olmalarını istəyib.

Fransa Xarici İşlər Nazirliyinin bu xəbərdarlığında İranın xəritəsi tamamilə qırmızı rəngdə verilib.

İlgili xəbərlər