İran Çin bazarını Rusiyaya uduzmamaq üçün öz neftini daha ucuz satmağa məcbur qalıb

“Bloomberg” xəbər agentliyinin məlumatına görə, İran Çin bazarında Rusiya ilə rəqabət apara bilmək üçün bu ölkəyə satdığı neftin qiymətini daha da aşağı salıb.

Çin son illərdə Amerika sanksiyalarına məruz qalan İranın azsaylı neft müştərilərindən biri olsa da, Rusiya Ukraynaya hücumundan sonra öz neft ixracını qorumaqla bağlı səylərinin ardınca İslam Respublikasını Çin bazarında sıxışdırmağa başlayıb.

Rusiyanın Çinə neft ixracı may ayında əhəmiyyətli dərəcədə artıb. Bu müddət ərzində Rusiya Çinə hətta Səudiyyə Ərəbistanından belə daha çox neft satıb.

İran neftinin qiymətini avqust ayında Çinə çatdırılması planlaşdırılan Rusiyanın Ural nefti ilə eyniləşdirmək üçün Brent qiymətindən təxminən 10 dollar aşağıya salıb. Halbuki, həmin nefti Rusiyanın Ukraynaya hücumundan əvvəl təxminən 4-5 dollar endirimlə Çinə verirdi.

İlgili xəbərlər