İran ölkənin bank sisteminə xaricdən girişi dayandırıb

“Kiberhücumların qarşısını almaq” məqsədi ilə xarici ölkələrdən İranın bank sistemlərinə giriş dayandırılıb.
İRNA xəbər agentliyinin verdiyi məlumata əsasən, tətbiq edilən məhdudiyyətlər “səlahiyyətli orqanların tövsiyəsi əsasında” həyata keçirilib və məhdud sayda banklara aiddir.
Həmçinin bildirilib ki, məhdudiyyətlər müvəqqəti xarakter daşıyır.
Qeyd edək ki, Son aylarda İranın müxtəlif dövlət qurumları və əhəmiyyətli strateji-iqtisadi mərkəzlərinə kiberhücumlar artıb.
Ən son dünən İranın Mədəniyyət Nazirliyinin İslami Mədəniyyət və Əlaqələr Təşkilatının rəsmi saytı haker hücumuna məruz qalıb.