“Numbeo” İnstitutu: İran yaşamaq üçün dünyanın ən pis ölkələrindən biridir

“Numbeo” İnstitutunun dünyanın 87 ölkəsi arasında apardığı araşdırmaya görə, İran Yaşam Keyfiyyəti İndeksində sondan ikinci yeri tutub.

Bu indeksdə əsasən əhalinin alıcılıq qabiliyyəti, havanın çirkliliyi, mənzil qiymətlərinin gəlirə nisbəti, yaşayış xərcləri, təhlükəsizlik, səhiyyə, nəqliyyat və s. kimi faktorlar təhlil edilib.

Araşdırmaya əsasən, ilk 10 ölkə və həyat keyfiyyəti indeksləri belədir:

İsveçrə(195,27), Danimarka (192,36), Hollandiya (185,38), Finlandiya (184,96), Avstraliya (183,81), İslandiya (182,26), Almaniya (180,27), Avstriya (179,16), Yeni Zelandiya (176,81) və Norveç (176.39).

Cədvəlin sonunda yerləşən 10 ölkə isə İndoneziya (90,36), Vyetnam (89,95), Misir (89,87), Filippin (83,74), Peru (80,42), Venesuela (77,43), Şri Lanka (67,88), Banqladeş (67,59), İran (64,89) və Nigeriyadır (52.44).

Türkiyə 124.05 xalla 48.ci sırada yer alarkən, Azərbaycan 104.10 xalla 68.ci yerdə, Rusiya isə 103.28 xalla 70.ci yerdədir.

İlgili xəbərlər