Təbrizdə qədim küçə adı bərpa olundu

Güney Azərbaycanın Təbriz şəhərində dəyişdirilən küçə adı etirazlardan sonra bərpa olunub.
Bir müddət bundan öncə Təbrizin qədim küçələrindən olan Pir dərbəndi küçəsinin adının dəyişdirilərək “Ətləs” qoyulması milli-mədəni fəalların və təbrizlilərin narazılığına səbəb olmuşdu.
Bir müddət bundan öncə Təbrizin qədim küçələrindən olan Pir dərbəndi küçəsinin adının dəyişdirilərək “Ətləs” qoyulması milli-mədəni fəalların və təbrizlilərin narazılığına səbəb olmuşdu.
Etirazların çoxalması, sosial media istifadəçilərinin Təbriz bələdiyyəsinə, Küçə və İctimai Yerlərin Adlandırılması İdarəsinə edilən çox saylı müraciətlərdən sonra qədim küçə adı bərpa olunub.
Bundan öncə müraciətlərin cavabsız qalmasından sonra bəzi şəxslər təhrif edilmiş küçə adını yeni quraşdırılan lövhələrdən silmişdilər.