Alman kəşfiyyatı: İran qeyri-qanuni texnologiya alışı ilə nüvə anlaşması şərtlərini pozub

İran “Alexander J” adlı iranlı-almaniyalı vasitəsilə 1 milyon avro dəyərində qeyri-qanuni texnologiya əldə edərək 2015-ci ildə imzalanan nüvə anlaşmasını pozub.

Bunu Almaniyanın Hamburq əyalətinin kəşfiyyat xidməti illik təhlükəsizlik hesabatında bildirib.

Vaşinqtonda yerləşən Beynəlxalq Elm və Təhlükəsizlik İnstitutu da Hamburq Kəşfiyyat Xidmətinin “təhlükəli tapıntılarını”  təsdiqləyib.

İnstitutun araşdırmasına görə, bu şəxsin hərəkətləri “İranın raket və nüvə proqramları üçün avadanlıqlar əldə etmək məqsədilə sürəkli olaraq digər ölkələrin ticarətə nəzarət qanunlarını və sanksiyalarıpozmaq üçün” cəhd göstərdiyini  ortaya qoyur.

Beynəlxalq Elm və Təhlükəsizlik İnstitutu həmçinin bildirib ki,  İran öz həssas proqramları üçün lazım olan malları əldə etmək üçün insanları işə götürməyə davam edir.

Almaniya Federal Prokurorluğu da bildirib ki, Alexander J. dörd spektrometr də daxil olmaqla bir çox mürəkkəb laboratoriya avadanlığını qanunsuz olaraq ixrac edib.

bu şəxs həmçinin, 2018-2020-ci illərdə iki növbədə Avropa İttifaqı tərəfindən sanksiyaya məruz qalmış İran şirkətlərinə laboratoriya avadanlığı satıb. Bu avadanlıqlar İslam Respublikasının nüvə və ballistik raket proqramları üçün istifadə edilib.

İlgili xəbərlər