İranda havanın çirklənməsi səbəbindən bəzi məktəblər və dövlət müəssisələri bağlanıb

İranda havanın çirklənməsi ilə əlaqədar bu gün bəzi təhsil müəssisələrində və dövlət idarələrində fəaliyyətlər dayandırılıb.
Ölkənin qərbi İraqdan əsən güclü küləklərin daşıdığı iddia edilən toz hissəciklərinin yaratdığı hava çirkliliyinə məruz qalıb.
Havanın çirklənməsi səbəbindən İsfahan, Xuzistan və Yəzd əyalətlərinin 16 şəhərində dövlət qurumları və məktəblər tətilə buraxılıb. Xuzistanın mərkəzi Əhvaz şəhərinin Tibb Elmləri Universitetinin açıqlamasına görə, havanın çirklənməsi nəticəsində yaranan tənəffüs çatışmazlığı ilə bağlı 500-dən çox insan xəstəxanalara müraciət edib, onlardan 62-si reanimasiya şöbələrinə yerləşdirilib.
Xatırladaq ki, İran bölgədə ən çox toz fırtınalarının meydana gəldiyi ölkələrdəndir.
Bundan əvvəl də dəfələrlə ölkənin müxtəlif əyalətlərində toz fırtınaları ilə bağlı məktəb, universitet və bank kimi bir sıra dövlət idarələrinin fəaliyyəti dayandırılıb.