İranda Krım Konqo qızdırmasıdan ölənlərin sayı 4 nəfərə çatıb

Qum əyalətinin Baytarlıq idarəsinin verdiyi məlumata əsasən, İranda daha bir nəfər Krım Konqo qızdırmasından ölüb.

Həsən Tovhidimehr bildirib ki, həmin şəxs başqa əyalətlərin birindən müalicə üçün Qum əyalətinə gəlmişdi.

Beləliklə də İranda Krım Konqo qızdırmasından ölənlərin sayı 4 nəfərə çatıb.

Rəsmi açıqlamalara görə, 45 nəfərdə isə “Krım-Konqo” qızdırması qeydə alınıb.

İranda Krım Konqo qızdırması hər il yay fəslinin başlaması və ölkədə gənələrin aktivliyi ilə, əsasən mal-qara ilə təmasda olan, qan və heyvan ifrazatına məruz qalan və ya dişlənmiş insanlarda baş verən insanlar və heyvanlar arasında yayılmış xəstəlikdir.

Krım Konqo qızdırması Afrika, Balkanlar, Yaxın Şərq və bir sıra Asiya ölkələrində də yayılıb.

Bəzi hallarda ölümlə nəticələnən bu xəstəlik ilk dəfə 1944-1945-ci illərin yaz aylarında Qərbi Krımda sovet əsgərləri arasında qanamalı qızdırma ilə ortaya çıxıb.

İlgili xəbərlər