İranda unun qiymətinin bahalaşmasından sonra makaron istehlakı 30% azalıb

Makaron İstehsalçıları Birliyinin İdarə Heyətinin müşaviri ölkədə unun qiymətinin dəfələrlə artmasından sonra makaron qiymətlərinin də kəskin bahalaşdığını deyib.

Makaronun qiymətinin artması isə ölkədə bu məhsulun istehlakını 1/3-ə qədər aşağı salıb və xarici bazarların da itirilməsinə gətirib çıxarıb.

Rəsul Müjdəşəfəq bu haqda deyib ki, hökumət buğdanın qiymətini təxminən 440% bahalaşdırıb.

“Makaron məmulatlarının qiymətində buğdanın payı 70%-dən çox olduğu üçün nəticədə makaronun qiyməti kilosu 12,200 tüməndən 34 min tümənə qədər qalxıb və istehsalçılar da öz iradəsindən xaric hökumətin bu iqtisadi islahatına dəstək verməyə məcbur olublar”, – deyə o, qeyd edib.

İlgili xəbərlər