İranda vəbaya yoluxanların sayı artıb, “Xəstəliyin mənşəyi İraqdır”

İranda 37 nəfərin vəbaya yoluxduğu bildirilib.

İRNA-ya açıqlama verən Səhiyyə Nazirliyinin rəsmisi Məryəm Məsudifer qonşu ölkələrdə görülən vəbanın ölkələrarası səfərlər vasitəsilə yayılmasının qarşısını almaq üçün gigiyena qaydalarına riayət edilməsinin zəruri olduğunu vurğulayıb.

Məsudifer bildirib ki, indiyədək İranda 37 nəfərdə vəba xəstəliyi aşkarlanıb.

Rəsmi xəstəliklə əlaqədar hələlik heç bir ölüm halının qeydə alınmadığını qeyd edib.

O əlavə edib ki, təmiz içməli su resurslarının məhdudluğu və düzgün olmayan kanalizasiya sistemləri bu xəstəliyin yayılmasına səbəb olur.

Son dönəmlərdə İraqın şimalındakı Ərbil, Süleymaniyyə və Kərkük şəhərlərində vəba hallarına rast gəlinib və iyunun 21-də Kərkükdə bir nəfərin bu xəstəlikdən öldüyü açıqlanıb.

İlgili xəbərlər