İsrail: Qırmızı dənizdə 4 İran hərbi gəmisi patrul edir

İsrailin müdafiə naziri Benni Qantz 4 İran hərbi gəmisinin Qırmızı dənizdə patrul xidməti həyata keçirdiyini bildirib.

Qantz bildirib ki, Qırmızı dənizdə patrul edən 4 İran döyüş gəmisini təsbit edən peyk görüntüləri var.

İranın Qırımızı dənizdə mövcudluğunun “qlobal ticarət, enerji resursları və təhlükəsizliyi təhdid etdiyini” qeyd edən İsrail naziri əlavə edib:

“Mən bir həftə əvvəl İranın orbitə peyk yerləşdirmə sınağından da danışdım. Bu, Aralıq dənizinin şərqinə çata bilən ballistik sistemlər və İHA (pilotsuz uçuş aparatları) ilə yanaşı, İranın Mərkəzi Avropaya qədər çata bilən qitələrarası ballistik raketlər hazırlamaq qabiliyyətinə malik olduğunu nümayiş etdirir”.

İlgili xəbərlər