Yüzlərlə fəal İranla Belçika arasında məhbus mübadiləsi layihəsini “terrorizmdə iştirak” adlandırıb

İranla Belçika arasında məhbus mübadiləsini nəzərdə tutan qanun layihəsinin Belçika parlamentində müzakirəyə çıxarılmasından sonra İran rejiminə qarşı yüzlərlə siyasi və insan haqları fəalı iki ayrı məktub yazaraq, həmin qanun layihəsini “terrorçuluqda birbaşa iştirak” olaraq dəyərləndirib.

Belçikanın baş naziri və parlamentinə yazdıqları məktublarda siyasi fəallar Belçika hökumətini İran rejiminə “yaşıl işıq” göstərməməyə çağırıblar.

300-dən çox müxalifətçi və insan haqları fəalı tərəfindən hazırlanan məktubda sözügedən qanun layihəsinin İranın siyasi müxalifəti üçün də olduqca narahatlıq doğurduğu vurğulanıb.

Onlar təsdiqləndiyi təqdirdə “terrorçu Əsədullah Əsədinin ekstradisiyasına gətirib çıxara biləcək” qanun layihəsindən narahat olduqlarını bildirib, bu qanunun terrorçuların əfvi üçün şərait yaratdığını vurğulayıblar.

Əsədullah Əsədi 2018-ci ildə Parisdə Xalq Mücahidləri Təşkilatının mitinqini bombalamağa cəhddə ittiham olunaraq 20 il həbsə məhkum edilib.

Əsədi İran kəşfiyyat idarəsinin Avropadakı əsas rəsmilərindən biri kimi qeyd edilib və onun bu qitədə İslam Respublikasının agentləri şəbəkəsinə rəhbərlik etdiyi bildirilir.

İlgili xəbərlər