SEPAH Kəşfiyyat Təşkilatı bir neçə diplomatı “casusluq” ittihamı ilə həbs edib

İran İslam İnqilabı Keşikçiləri Korpusuna yaxın media qurumları SEPAH Kəşfiyyat Təşkilatının bir neçə diplomatı “casusluq” ittihamı ilə həbs etdiyini açıqlayıblar.

SEPAHA bağlı Fars və Təsnim xəbər agentliklərinin məlumatına görə, Britaniya səfirinin müavini və Avstriya səfirliyinin əməkdaşının həyat yoldaşı saxlanılanlar arasındadırlar.

SEPHA mediası iddia edib ki, saxlanılan diplomatların “qadağan olunmuş ərazidə torpaqdan nümunə götürdükləri” təsbit edilib.

SEPAHA yaxın Telegram kanalları isə mövzu ilə bağlı yaydıqları videoda saxlanılan diplomatların İranın raket sınaqları keçirdiyi ərazidə “casusluq” fəaliyyəti apardıqlarını iddia ediblər.

İlgili xəbərlər