Tehrandakı Evin zindanının nəzarətçiləri məhbusların qaldığı kameraya hücum edib

Evin zindanında xidmət aparan təhlükəsizlik qüvvələri ətraf mühit fəallarının və ikili vətəndaşlığı olan siyasi məhbusların qaldığı kameralara basqın edib.

Basqında məhbusların bəzi əşyaları, məktubları və şəxsi əlyazmaları götürülüb, onların bəzi əşyalarına ciddi ziyan vurulub.

Evin zindanında saxlanılan ekologiya fəallarından bir neçəsinin vəkili Höccət Kermani deyib ki, həbsxananın bir neçə nəzarətçisi məhbusları otaqdan çıxardıqdan sonra onların şəxsi əşyalarını dağıdıblar.

Məlumata görə, əşyaları müsadirə edilən fəallar arasında Siyamək Namazi, Murad Tahbaz, Humən Cokar, Sam Rəcəbi, Əmirhüseyn Xaliqi və Tahir Qədirian da var.

Təhlükəsizlik məmurlarının hücumuna məruz qalan tanınmış çevrə fəalları Murad Tahbaz, Humən Cokar, Sam Rəcəbi, Əmirhüseyn Xaliqi və Tahir Qədirian ekoloji fəaliyyətləri ilə bağlı 2017-ci ilin qış ayından həbsdə saxlanılırlar.

Siyamək Namazi və Murad Tahbaz İran-Amerika vətəndaşıdırlar və bundan öncə İran parlamentinin keçmiş nümayəndəsi Əli Mütəhhəri onların İran İnqilab Keşikçiləri Korpusunun kəşfiyyat bölməsi tərəfindən əsassız yerə tutularaq siyasi mübadilələrdə istifadə olunmalarına çalışıldığını bildirib.

İlgili xəbərlər