Ukrayna aviaşirkəti İrana qarşı iddia qaldırıb

Ukraynanın beynəlxalq aviaşirkəti İran hökumətinə qarşı iddia qaldırıb.

Şirkət yanvar ayında Kanadanın Ontario  Ali Məhkəməsinə verdiyi rəsmi sikayətində İran İslam Respublikası və SEPAH-ın adını Ukrayna təyyarəsinin vurulması dosyesində iki cavabdeh tərəf kimi qeyd edib.

“Ukraynanın Beynəlxalq hava yolları”na məxsus “Boeing 737-800” 8 yanvar 2020-ci ildə səhər saatlarında Tehrandan səmaya qalxdıqdan az sonra vurulub. Nəticədə 176 nəfər ölüb. Bunlar İran, Ukrayna, Kanada, Böyük Britaniya, Almaniya, İsveç və Əfqanıstan vətəndaşlarıdır. Bu, Ukrayna aviasiyasının tarixi ərzində ölənlərin sayına görə ən böyük qəza olub.

İlgili xəbərlər