Süngün mədəni yaxınlığındakı yaşayış məntəqəsi dağıdılıb-VİDEO

Süngün mis mədənində tətil edən işçilərin aksiyasını yatırmaq üçün xüsusi təyinatlı dəstələrin göndərilməsi ilə eyni vaxtda təhlükəsizlik qüvvələri mədənin ətrafında yerləşən yaşayış yerlərinin birini dağıdıb.
Məlumata əsasən, Şərqi Azərbaycanın Vərziqan bölgəsində yerləşən Süngün mis mədəninin sahəsini genişləndirmək və daha çox mis konsentratı hasil etmək məqsədilə Kəkavar kəndinin sakinlərini məcburi olaraq köçürməyə cəhd edilib.
Əhali kənd evlərini dağıtmaq üçün cəlb edilən texnikanın kəndə girişinə mane olmağa çalışıb. Bu zaman əhali ilə polislər arasında qarşıdurma baş verib. Kənddə bir neçə ev uçurulub.
Sosial mediada yayılan məlumata əsasən, evi dağıdılan bir qadın infarkt keçirərək ölüb. Yalnız bundan sonra söküntü işləri dayandırılıb.