Suriyada daha bir İran zabiti öldürülüb

İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” qüvvələrinin zabiti Mustafa Məhdəvinejad İsrailin Suriya ərazisinə endirdiyi hava zərbəsi nəticəsində həlak olub.

İranın rəsmi mediası SEPAH zabitinin öldürülməsi barədə dəqiq açıqlama verməyib.

Lakin onu “Hərəm müdafiəçisi” adlandırıb və “müqavimət cəbhəsinin tapışırıqlarının yerinə yetirərkən” həlak olduğunu yazıb.

Bu arada Şirazın 55-ci Hava Desant Briqadasının komandanı, kapitan Rza Kərimi müəmmalı şəkildə həlak olub.

Bu barədə məlumat yayan İran mediasının iddiasına görə, o, paraşüt təlimləri əməliyyatını icra edərkən qəzaya uğrayaraq ölüb.

İlgili xəbərlər