CENTCOM: Güc yolu ilə İranın dağıdıcılıq fəaliyyətlərinə mane olacağıq

Amerika Mərkəzi Komandanlıq Qərargahının (CENTCOM) sözçüsü ölkəsinin İranın düşməncə fəaliyyətlərinin qarşısının alınmasında əzmli olduğunu vurğulayıb.

Cozef Buççino iyulun 8-də verdiyi açıqlamasında bildirib ki, təmsil etdiyi mərkəzə bağlı qüvvələr fevral ayında xüsusi əməliyyat çərçivəsində İranın qaçaq silahlarını ələ keçiriblər.

“Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələrinə dəstək verən Amerikanın döyüş gəmisi fevralın 25-də Oman körfəzində müsadirə əməliyyatı həyata keçirib,” – deyə o bildirib.

CENTCOM sözçüsünün dediyinə görə, bu əməliyyat nəticəsində yer-hava tipli raketlər və bir neçə İran istehsalı qanadlı raket mühərrikləri aşkarlanaraq götürülüb.

O, sonda qeyd edib ki, Amerika hökuməti İrana dənizdə, quruda və havada məsuliyyətsiz və düşmənçilik fəaliyyətləri həyata keçirməsinə icazə verməyəcək.

İlgili xəbərlər