İran Xəzər dənizində hərbi təlimlərə başlayıb

İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Xəzər dənizində keçirilən “Dayanıqlı Təhlükəsizlik 1401” təliminə müxtəlif növ dəniz esminesləri, təyyarələr, helikopterlər, pilotsuz uçuş aparatları və elektron döyüş sistemləri daxildir.

Dəniz Qüvvələri komandanının müavini kontr-admiral Həmzə Əli Kaviani bildirib ki, hər il keçirilən təlimin məqsədi bölmələrin performansını yoxlamaq və yeni nəsillə təcrübələri bölüşməkdir.

“Hazırkı dəniz təlimi ordunun Hərbi Dəniz Qüvvələrinin müxtəlif səthi və uçuş birləşmələrinin iştirakı ilə su, quru və hava səthində keçirilir,” – deyə o əlavə edib.

Xəzər dənizini qonşu ölkələr arasında “sülh və dostluq dənizi” adlandıran  Kaviani  qeyd edib ki, “heç kimsənin bu dənizin təhlükəsizliyini və düzənini pozmasına icazə verməyəcəyik”.

İlgili xəbərlər