İranda 30 min işsiz həkim var

İran parlamentinin Səhiyyə Komissiyasının üzvü ölkədə 30 min işsiz həkimin olduğunu bildirib.

“Hazırda ölkədə 30 min işsiz həkim var ki, onları cəlb edib ailə həkimi sisteminə daxil etməliyik,” – deyə Yəhya İbrahimi qeyd edib.

“Ailə həkimi sisteminin icrası ölkənin 4-cü, 5-ci və 6-cı inkişaf proqramlarında vurğulansa da, təəssüflər olsun ki, hələ də icra edilməyib”, – deyə deputat bildirib.

O həmçinin qeyd edib ki, parlament bunun üçün büdcədə kifayət qədər vəsait ayırıb və hökumət həmin vəsaiti Səhiyyə Nazirliyinə verərək bu məsələnin həyata keçirilməsi üçün qərar qəbul etməlidir.

İlgili xəbərlər