Salmasda PJAK və SEPAH arasında toqquşma baş verib

İran İslam İnqilab Keşikçiləri Korpusu (SEPAH) ilə PKK terror təşkilatının İran qolu sayılan PJAK qüvvələri arasında silahlı insident baş verib.

İran mətbuatının yazdığına görə, iyulun 7-də axşam saatlarında  İran-Türkiyə sərhədində yerləşən Salmas vilayətinin dağlıq bölgəsində yaranmış qarşıdurma zamanı PJAK-ın bir neçə üzvü öldürülüb.

Kürd qruplaşmalarına yaxın Hengaw, silahlı insidentdə SEPAH-ın 4 hərbçisinin öldürüldüyü, ən az 4 əsgərinin də yaralandığını iddia edib.

Yaz-yay aylarında terrorçu qruplar öz dəstələrini sərhədyanı rayonlara göndərərək kəndliləri təhdid edərək onlardan xərac toplayırlar.

İlgili xəbərlər