Güney azərbaycanlı milli fəal saxlanılıb

Şərqi Azərbaycan əyalətinin Vərziğan bölgəsindən olan milli-mədəni fəal Behnam Zarei həbs olunub.
Onun yaxınlarının verdiyi məlumata görə, Zarei iyulun 9-da, Vərziğanın Köhnəli kəndində yerləşən şəxsi evində təhlükəsizlik məmurları tərəfindən saxlanılıb və Əhərin Təhlükəsizlik idarəsinin təcridxanasına aparılıb.
Məlumatda milli fəalın mobil telefonu, kompüteri və başqa şəxsi əşyalarının da məmurlar tərəfindən müsadirə edildiyi bildirilib.
Behnam Zareinin nədə ittiham olunduğu barədə yaxınlarına heç bir məlumat verilməyib.
Zarei daha əvvəl Təbriz Universitetində nəşr olunan “Ərk” dərgisnin baş redaktoru olub.