İran iraqdakı şiə ziyarətgahlarının bərpası üçün ayrılan büdcəni 92% artırıb

İraqda şiə ziyarətgahlarının bərpası üçün cavabdeh olan SEPAH-a bağlı qurumun büdcəsi bu il 92% artıb.

İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinə bağlı Ətəbatın Yenidənqurma Qərargahının rəis müavini Məcid Namcu bildirib ki, bu ilin büdcəsində qurum üçün 1300 milyard tümən və ya 30 milyon dollar vəsait ayrılıb.

Namco həmçinin Nəcəfdə bəzi layihələrin tamamlandığını və Kərbəlada 135 000 metrlik ziyarət salonunun skeletinin təkmilləşdirildiyini bildirib. O əlavə edib ki, daha iki bənzər layihənin icrası bu qərargaha tapşırılıb.

O, bu il Ərbəin üçün İraqa gedəcək iranlıların sayını təxminən 3-5 milyon nəfər arasında olacağını ön görüb və deyib ki, həmin ziyarətçiləri yerləşdirmək və xərclərini qarşılamaq da qərargahın öhdəlikləri arasındadır.

Qərargahın rəsmilərinin bildirdiyinə görə, bu qurum İraq və digər ölkələrdə yerləşən müqəddəs şiə məkanlarının 150 bərpa layihəsini öz üzərinə götürüb.

Sözü gedən layihələrin icrası qarşıdakı 20 il ərzində davam edəcək.

Bəzi jurnalistlər bildiriblər ki, Qüds Qüvvələrinin komandiri Qasım Süleymaninin öldürülməsindən sonra bu qüvvələr bəzi xərclərini qarşılamaq üçün Ətəbatın Yenidənqurma Qərargahından istifadə edir.

İlgili xəbərlər