İranda “Əxlaq Təhlükəsizliyi Polisi” yaradılır

İran polisinin İdeoloji və Siyasi təşkilatının başçısı Seyid Əlirza Ədyani ölkədə “Əxlaq Təhlükəsizliyi Polisi”nin yaradılacağını bildirib.
O deyib ki, “Ali Baş Komandanın (Əli Xamenei) polis təşkilatının yeni strukturu ilə bağlı verdiyi göstərişə əsasən” Əxlaq Təhlükəsizliyi Polisi yaxın günlərdə fəaliyyətə başlayacaq.
“Xoşbəxtliklə Tehranda əxlaq sahəsində təhlükəsizlik ciddi şəkildə təmin olunmaqdadır və yaxın günlərdə başqa əyalətlərdə də eyni addımlar atılacaq,”-deyə, Ədyani bildirib.
Qeyd edək ki, son həftələrdə İranda hicab qaydalarını pozmaqda günahlandırılan qadınlara qarşı hücumlar başlayıb və xüsusilə böyük şəhərlərdə onlarla qadın həbs olunub.