İranda “rəqs mərasiminə qatılan” universitet müəllimləri işdən qovulublar

Kermanşah əyalətinin Tibb Universitetinin 7 müəllimi məzunların buraxılış tədbirində “yerli rəqs mərasiminə qatıldıqları” üçün işdən çıxarılıblar.

İran İnsan haqları Fəallarının xəbər portalı-HRANA-nın verdiyi məlumata əsasən, müəllimlərin  işdən uzaqlaşdırılmasına səbəb kimi məzunların buraxılış mərasimində “tələbələrin kişi-qadın qarışıq kürd rəqsi” və “hicaba riayət etməmək” göstərilib.

Son günlərdə sosial şəbəkələrdə Kermanşah Tibb Elmləri Universitetinin tələbələrinin buraxılış mərasimində oğlan və qız tələbələrin birlikdə rəqs etdiklərini göstərən video yayımlanıb.

Videonun yayılmasından sonra bu universitetin ictimaiyyətlə əlaqələr şöbəsi bu hərəkəti pisləyərək onu “qırmızı xətlərdən keçmək” adlandırıb və bu mərasimin icazəsiz keçirildiyini iddia edib.

Bu arada, Kermanşah Tibb Universiteti Əczaçılıq Fakültəsinin Həmkarlar Təşkilatı açıqlama verərək bu müəllimlərin sözügedən mərasimdə rəqs etməsini və ya yerli rəqs mərasimində iştirak etmələrini təkzib edib və bu mərasimin icazəli olduğunu bildirib.

İlgili xəbərlər