Təbrizdə Azərbaycan rəqsi müəllimi saxlanılıb

Təbrizdə yaşayan Azərbaycan rəqsi müəllimi  Jila(Mitra) İbrahimi Təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.

Hadisə iyulun 1-də baş versə də , xəbər bu gün yayımlanıb.

İran İnsan haqları fəallarının saytı-HRANA-nın verdiyi məlumata görə, İbrahimi “sosial mediada rəqs fotoları yaymaq”da günahlandırılıb.

Təbrizli sənətçi Kəşfiyyat Nazirliyinin Təbriz bölməsində dindirilikdən sonra bu şəhərin Mərkəzi zindanının qadınlar bölməsinə köçürülüb.

Qeyd edək ki, Jila İbrahimi Azərbaycan rəqsi müəllimi Məhərrəm İbrahiminin qızı və Təbrizin “Söz-Saz” mədəni dərnəyinin üzvüdür.

İlgili xəbərlər