Təbrizdə Urmiya gölü ilə bağlı divarlara şüarlar yazılıb

Güney Azərbaycanın Təbriz şəhərində divarlara Urmu (Urmiya) gölü ilə bağlı etiraz məzmunlu şüarlar yazılıb.

Məlumata əsasən, milli fəallar şəhərin bəzi məhəllələrinin divarlarına “Bu qan yerdə qalmayacaq” və “Urmu gölü can verir, İran onun qətlinə fərman verir” şüarları yazıblar.

Xatırladaq ki, son günlər Güney Azərbaycanda  hökumətin qurumaqda olan Urmu gölünə laqeyd münasibətinə etiraz olaraq davamlı şəkildə bənzər aksiyalar keçirilir.

Bu arada, xaricdə fəaliyyət göstərən bir neçə Güney Azərbaycan təşkilatı Urmu gölü ilə bağlı küçə etirazlarına çağırış edib.

İlgili xəbərlər