İran Xəzər dənizinə yeni hərbi gəmi buraxacaq

İran Hərbi Dəniz Qüvvələrinin Xəzər dənizindəki komandanlığına “Dəmavənd” adlı yeni hərbi gəmi veriləcək.
İranın Dəniz Qüvvələri komandanı Şəhram İrani bildirib ki, destroyer tipli gəmi bütünlüklə İran istehsalıdır.
İrani savaş gəmisinin ən yeni texnologiyalarla təchiz olunduğunu da diqqətə çatdırıb.
Qeyd edək ki, İslam Respublikası keçən həftə Xəzər dənizində hərbi təlim keçirib. “Dayanıqlı Təhlükəsizlik 1401” təliminə müxtəlif növ dəniz esminesləri, təyyarələr, helikopterlər, pilotsuz uçuş aparatları və elektron döyüş sistemləri daxil edilib.