İranda vəbaya yoluxanların sayı 39 nəfərə çatıb

Kürdüstan Tibbi Elmləri universiteti bildirib ki, əyalətdə vəbaya yoluxanların sayı 39 nəfərə çatıb.
Universitetin sözçüsü Bəhram Kəndayi əlavə edib ki, yoluxanlardan 31 nəfər Mərivan vilayətinin sakinləridir.
Son günlər tibb ekspertləri xəstəliklə əlaqədar ölüm hallarının baş verə biləcəyi haqda xəbərdarlıq ediblər.
İranın Səhiyyə rəsmiləri xəstəliyin mənşəyinin qonşu İraq olduğunu deyirlər.
Son dönəmlərdə İraqın şimalındakı Ərbil, Süleymaniyyə və Kərkük şəhərlərində vəba hallarına rast gəlinib və iyunun 21-də Kərkükdə bir nəfərin bu xəstəlikdən öldüyü açıqlanıb.