Ərdoğan, Putin və Rəisi Tehranda görüşəcək

Kremlin sözçüsü Dmitri Peskov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti İbrahim Rəisinin iyulun 19-da İranın paytaxtı Tehranda görüşəcəklərini açıqlayıb.

Kritik görüşdə enerji və bölgəsəl gəlişmələr müzakirə olunacaq.

Bu arada İran parlamentinin İqtisadi Komissiyasının sədri Məhəmmədrza Puribrahimi Rusiya prezidenti Vladimir Putinin Tehrana səfəri ilə bağlı deyib ki: “İran və Rusiya prezidentləri arasında aparılacaq məsləhətləşmələrin əsas istiqaməti iqtisadi əməkdaşlığın inkişafına yönələcək”.

Puribrahimi əlavə edib ki, İbrahim Rəisinin Rusiyaya səfərindən sonra Rusiyada İranla iqtisadi əməkdaşlıq mövzusunda müsbət atmosfer yaranıb və ABŞ və Avropanın Rusiyaya qarşı sanksiyaları Rusiyanı İranla iqtisadi əməkdaşlığı daha da artırmağa məcbur edib.

Xatırladaq ki, bundan öncə Putin və Ərdoğan 2017-ci ilin yayında üç ölkə – İran, Türkiyə və Rusiya arasında Suriya böhranı ilə bağlı danışıqlar aparmaq üçün Tehrana səfər etmişdilər.

İlgili xəbərlər