İran hökuməti Təbrizdə türkcə dini şeir qurultayı keçirir

İran hökuməti türkcədən ideoloji təbliğat vasitəsi kimi istifadə etmək məqsədilə Təbriz şəhərində Beynəlxalq türkcə dini şeir qurultayı keçirir.

Rəsmi açıqlamaya görə, II Qədir Beynəlxalq Türk Şeiri Qurultayının katibliyinə Türkiyə, Azərbaycan Respublikası, İraq, Almaniya və Rusiyadan 200 şairin əsəri göndərilib.

Şərqi Azərbaycan Mədəniyyət İdarəsinin müdiri Seyid Məhəmməd Hüseyn Bulaği Təbrizdə keçirilən II Qədir Beynəlxalq Türk Şeir Qurultayına İran və xarici ölkələrdən 850 əsərin göndərildiyini bildirərək, 650 əsərin İranlı şairlərə aid olduğunu deyib.

Bulaği əlavə edib ki, sözü gedən şeir qurultayı 12-16 iyul tarixlərində 5 gün müddətində keçiriləcək.

İlgili xəbərlər