Ədalətdən qorxan Tehran hökuməti təhdid dilində danışır

İran rejimi Azərbaycanın daxili işlərinə qarışmaqdan əl çəkmək istəmir . Belə ki , İranın ali rəhbərinə bağlı “Keyhan” qəzeti “Bakı aldanmasın, İsrail rejimi bitib” başlıqlı yazı çap edib . Məqalə müəllifi açıq şəkildə Azərbaycanın kiber infrastrukturunun da kiber və haker hücumlarının hədəfinə çevirəcəklərini bildirir.
Uzun illərdir İranın təhlükəsizlik orqanlarına bağlı haker qrupları , müxtəlif ölkələrin dövlət və özəl qurumlarının rəsmi saytlarına kiber hücumları təşkil etməklə, Tehran hökumətinin region və dünya üçün təhlükə mənbəyi olduğunu isbatlayır .
İran xüsusi xidmət orqanları olan ETTELAAT və SEPAH-ın sifarişi ilə Azərbaycanı təhdid edən “Keyhan” qəzeti “ İsrail – Azərbaycan münasibətlərini əlində bayraq edərək öz ağıl və siyasi mədəniyyətlərinə uyğun ənənəvi uydurma fars nağılları yazıb pozmaqla nə islama , nə qonşuluğa , nədə ki , beynəlxalq hüquqa sığmayan işlə məşğuldur.
Bununla yanaşı qeyd etmək istəyirəm ki , İran rejimi bu gün beynəlxalq aləm üçün təhlükəli olduğu qədər, ölkə vətəndaşları üçün də təhlükədir . Belə ki , İran İnsan Haqları Təşkilatı iyulun 1-də yaydığı son hesabatında bu ilin birinci yarısında İranın müxtəlif zindanlarında 251 ölüm hökmünün icra edildiyini bildirib . Həmçinin son günlər, ağır sosial iqtisadi durumdan əziyyət çəkən İran vətəndaşları ölkə boyu aksiyalar keçirdirlər . Eyni zamanda qeyd edim ki , İranın keçmiş prezidenti Əkbər Haşimi Rəfsəncaninin qızına qarşı , İslam Respublikasının əleyhinə təbliğat fəaliyyəti ittihamı və Müqəddəsliyi təhqir maddələri ilə cinayət işi qaldırılıb . Əslində isə Haşimi öz çıxışlarında deyib ki , Tehran hökuməti müsəlmanları İraq, Suriya və Yəməndə qətlə yetirir . Haşiminin bu tip çıxışları , molla rejimini qorxuya saldığı üçün onu həbs etmək qərarına gətirmişdir.
Sosial mediadan alıntı
Məqalələr bölümündə dərc olunan yazılar, müəlliflərin şəxsi fikridir və Yurd.info-nun mövqeyi ilə üst-üstə düşməyə bilər.