İran Hərbi Dəniz Qüvvələrinin PUA donanmasının təqdimatı olub

İran Silahlı Qüvvələrinin baş komandanının iştirakı ilə Dəniz Qüvvələrinin ilk PUA eskadronunun təqdimatı olub.

Mehr Xəbər Agentliyinin məlumatına görə, müxtəlif döyüş, kəşfiyyat və məhvetmə PUA-larını daşıyan yerüstü və yeraltı gəmilərdən ibarət ilk PUA donanmasının təqdimat mərasiminə silahlı qüvvələrin baş komandanı, general-mayor Əbdülrəhim Musəvi və silahlı qüvvələrin dəniz qüvvələrinin komandanı admiral Şəhram İrani də qatılıb.

Mərasimdə donanmanın müasir və yenilənmiş Pelikan, Homa, Arəş, Çəmruş, Jubin, Əbabil 4 və Bavər 5 PUA-ları Hind okeanı üzərində uçuşlar keçirib.

Jurnalistlər qarşısında çıxış edən general-mayor Musəvi döyüş, kəşfiyyat və məhvedici PUA-ların “uğurlu uçuşlarından məmnunluğunu” ifadə edərək, ölkənin hərbi qüdrətinin gündən-günə gücləndirilməsinin zəruriliyini vurğulayıb.

İlgili xəbərlər